29 yaşlı iki uşaq anasının əməliyyat masasında ölümünə səbəb olan “Reo-Med Tibb Mərkəzi” ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, bu dəfə klinika ilə bağlı məhkəmədə iddianı sabiq Səhiyyə naziri Oqtay Şirəliyev və oğlu Bəhruz Şirəliyevə məxsus olduğu deyilən “Zeytun Pharma” MMC qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Klinika sözügedən dərman firması ilə bağlanmış alqı-satqı müqaviləsinə əməl etməyib.
13 sentyabr tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovun sədrliyi ilə işə baxılacaq.
Roman