Oqtay Şirəliyevə protokol yazıldı

Oqtay Şirəliyevə protokol yazıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Respublika Diaqnostika Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, protokol İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsinə əsasən, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.

Qeyd edək ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin direktoru, qanuni təmsilçisidir.