Oqtay Şirəliyev dəfn edildi – FOTO – YENİLƏNDİ

Oqtay Şirəliyev dəfn edildi – FOTO – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn edilib.
Tribunainfo.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun yaxınları, nazirlər və bir sıra rəsmi şəxslər iştirak edib
 
***
Ötən gün vəfat edəm sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi başa çatıb/
Tribunainfo.az xəbər verir ki, sabiq nazir Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
 
***
 
Baş nazir Əli Əsədov sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Təzəpir məscidində keçirilən vida mərasimində iştirak edir.
Tribunainfo.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də mərhumla son dəfə vidalaşmağa gəliblər.
***
Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.
Tribunainfo.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, Səhiyyə Nazirliyi, TƏBİB rəhbərliyi, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak edirlər.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.
Mərhum Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.