Oqtay Gülalıyevin oğlu: “Atamın reabilitasiyaya və beyin qidalandırıcı dərmanlara ehtiyacı var”

Oqtay Gülalıyevin oğlu: “Atamın reabilitasiyaya və beyin qidalandırıcı dərmanlara ehtiyacı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atam Oqtay Gülalıyevin səhhətində hələ ki kəskin dəyişiklik yoxdur. Hazırda reabilitasiyaya və beyin qidalandırıcı dərmanlara ehtiyac var”

Tribunainfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib.

O bildirib ki, reabilitasiya və dərmanlarla bağlı müraciət etsələr də, xeyli müddətdir, cavab ala bilməyiblər: “Sonuncu dəfə gecə növbəsi üçün tibb bacısı təşkil olunması ilə bağlı müraciət etmişdik. TƏBİB və Səhiyyə Nazirliyi bunun mümkün olmadığını, tibb müəssisələrində bizim müraciətimizə uyğun şəraitin də olmadığını bildirdi”.