backend

Oqtay Əsədov: “Xocalı faciəsini törədənlər cavab verəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin növbəti plenar iclasıişə başlayıb. 

Bu gün Milli Məclisin növbəti plenar iclasıişə başlayıb.

TİA.AZ xəbər verir ki, iclas Xocalı soyqırımının 25 illiyinə həsr edilib. Bu baxımdan da iclasın gündəliyinə yalnız Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsi daxil edilib.

İclas Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu gün keçirilən iclas Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunub. O bildirib ki, Xocali faciəsi xalqımızın ən böyük faciələrindən biridir:

“Bu faciə xalqımıza qarşı dəhşətli soyqırımı siyasətlərindən biridir. Bu siyasətin 200 ildən artıq yaşı var. Ötən əslərdən bəri erməni terrorçuları tərəfindən soydaşlarımıza qarşı dəhşətli soyqırımı cinayətlər törədilib. Milyonlarla soydaşımız öz yurd-yuvasından qovulub, deportasiya edilib”.

Spiker qeyd edib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünya miqyasında tanınması üçün mühüm işlər görür:

“Bu işlərin həyata keçirilməsində Milli Məclisin də böyük rolu olub. Bunun nəticəsidir ki, onlarla ölkənin parlamentində Xocalı soyqırımı tanınıb, müvafiq qərarlar qəbul edilib. Deputatlarımız bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini, o cümlədən Xocalı soyqırımını gündəmə gətirir”.

O.Əsədov vurğulayıb ki, Milli Məclis Xocalı faciəsinin 25 illiyinə həsr olunan yazılı materiallar hazırlayıb:

“Azərbaycan xalqı bu cür faciələri heç zaman unutmayacaq. Bu vəhşilikləri törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək. Azərbaycan Prezidenti bu istqiamətdə qətiyyətli siyasət yürüdür. Hər birimiz əminik ki, işğal altında olan hər bir qarış torpağımız tezliklə azad olunacaq”