backend

Oqtay Əsədov: “İqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada baş verən qlobal iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib”. 

Dünyada baş verən qlobal iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib”.

TİA.AZ xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı bildirib.

Spiker deyib ki, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi nəticəsində ölkəmizdə valyuta gəlirləri azalıb:

“Ölkəyə daxil olan valyuta gəlirlərinin azalması nəticəsində Mərkəzi Bankın himanitar siyasəyətinə düzəlişlər edilib. Ölkədə aparılan yüksək iqtisadi siyasət nəticəsində dünyada gedən böhranın Azərbaycana mənfi təsirləri mümkün qədər azaldılıb. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını qoruyub saxlaya bilib. Gələn ilin büdcəsinə nəzər salsaq, görərik ki, layihədə qeyri-neft sektorunun inkişafı vacib məsələlərdən biri kimi götürülb. 2017-ci ilin büdcəsində cari illə müqayisədə xərclər azalıb. Lakin buna baxmayaraq, layihənin əvvəlki illərdə olduğu kimi sosialyönümlülüyü saxlanılıb. Gələn ilin büdcəsində müdafiə qüdrətimizin gücləndirilməsi üçün lazımı vəsait ayrılıb”.

O.Əsədov qeyd edib ki, 2017-ci ilin büdcə layihəsi parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunub, 35 millət vəkili müzakirələrdə çıxış edib:

“Düşünürəm ki, plenar iclasda büdcə ilə bağlı aparılan müzakirələr də səmərəli olacaq”.