“Optimal elektronika” barəsində inzibati protokol tərtib olundu

“Optimal elektronika” barəsində inzibati protokol tərtib olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Optimal elektronika” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazılıb.

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın icraatındadır.