“Karantin rejimi yumşaldıldıqdan sonra koronavirusa yoluxma dinamikası mənfiyə doğru getsə, rəqəmlər artsa karantin rejimi yenidən sərtləşdirilə bilər”.
TİA.AZ-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
“Gigiyena məsələsi əsasdır. Bunun üçün maska taxılmalıdır. Təəssüf ki, bu gün qaydalara heç kim riayət etmək istəmir. Bunu koronavirusa yeni yoluxanların sayındakı artımda da görə bilərik”.