OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barrel azaldılması barədə qərar qəbul edilib.
OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barrel azaldılması barədə qərar qəbul edilib.
Report-un verdiyi xəbərə görə, bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib.
Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barrel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanmışdır.
Bununla da OPEK-in gündəlik hasilatı 32,5 mln. barrelə endirilməsi qərara alınıb. Açıqlamanın ardından “Brent” markalı neftin qiyməti 50,8 dollar/barrelə enib. Qiymətin 50 dollar/barreldə tarazlıq tapması gözlənilir.