Ötən gecə Ağstafa rayonunda qətl törədilib.
61 yaşlı Fatma Musayeva rayonun Dağkəsəmən kəndində yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
Polis əməkdaşları qadının cinayəti törətməkdə şübhəli bilinən qohumu 49 yaşlı Zülfiyyə Musayevanı saxlayaraq istintaqa təhvil verib.
Araşdırma aparılır.
***
Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 61 yaşlı Fatma Musayevanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Mərhumun həyat yoldaşı Elman Musayev “Qafqazinfo”ya bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Zülfiyyə Musayeva əvvəllər onun ailəsinə pul borclu olub: “Zülfiyyə iyun ayında mənə dedi ki, min manat pul lazımdır. Hiss elədim ki, daha öncə yoldaşıma deyib, o razılaşmayıb. Bizə dedi oktyabr ayında pulu verəcəyəm. Oktyabr qurtardı, dedik noyabrı gözləyək. Yoldaşıma dedim pulu versin. Yenə iki ay çəkdi. Axırıncı dəfə dedim de ki, pulu qaytarsın. Təxminən 20 gün-bir ay olar pulu verib. Əvvəllər aralarında heç bir problem olmayıb. Qohumuq, əmimoğlunun yoldaşıdır”
Qeyd edək ki, hadisə zamanı Zülfiyyə Musayeva Fatma Musayevaya boğaz nahiyəsinə kəsici alətlə zərbə vuraraq sonuncunu qətlə yetirdiyi bildirilir.