Türkiyənin Adana şəhərində 1 ildir evli olan cütlüyün mübahisəsi 4 aylıq hamilə qadının ölümü ilə nəticələnib.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 20 yaşlı Haticə Demiri həyat yoldaşı 26 yaşlı Emrah Demir boğaraq öldürüb. O ifadəsində bildirib ki, qonşuluqdakı anasıgildə yemək yedikdən sonra evlərinə keçiblər. 4 aylıq hamilə olan H.Demir yatmaq istədiyini deyib, ancaq yatmayıb. Yoldaşı E.Demir isə onu televizora birgə baxmağa çağırıb. Qadının etiraz etməsi mübahisəyə səbəb olub.
E.Demir mübahisə əsasında hamilə həyat yoldaşının ağzından əli ilə tutub. Bir az sonra onun hərəkət etmədiyini görüb. Qorxuya düşərək küçəyə çıxıb. Qonşularına “deyəsən həyat yoldaşımı öldürdüm” deyib.
Qatil ər sonradan necə olduğunu xatırlamadığını bildirib. O, çıxarıldığı məhkəmədə həbs edilib.