Qatil onları öldürdükdən sonra gizlətmək üçün parçaladığını bildirib TİA.AZ xarici mətbuata istİnadən xəbər verir ki, Yaponiyada itgin düşən 23 yaşlı qadını axtaran polis dəhşətli bir mənzərə ilə qarşılaşıb. Tokio yaxınlığındakı Zama adlı bir qəsəbədə qatilin evinə basqın edilib. Polis Takahiro Sihiraisinin evindəki soyuducuda 7 cəsəd, anbarda isə iki nəfərin kəsilmiş başını aşkarlayıb. 27 yaşlı qatlin evindəki cəsədlərdən 8-i qadın, biri isə kişidir. Polis və tibbi ekspertiza parçalara ayrılan cəsədlərin kimliyini araşdırmaqda çətinlik çəkir. Qatil onları öldürdükdən sonra gizlətmək üçün parçaladığını bildirib. Qatilin qonşuları isə avqust ayından onun evinin iyləndiyini deyiblər.
NÜŞABƏ
TİA.AZ