Ankarada 4 illik sevgilisinin ailəsi tərəfindən saxlanıldığını deyən Rəcəb Köseli qan donduran iddialar səsləndirib. Köseli “Sevgilimin ailəsi tərəfindən qaçırıldım. Məni lüt soyundurdular, foto və videolarımı çəkdilər. Döyüldüm və cinsi istismara məruz qaldım. Lakin bu şəxslər sərbəst buraxılıb” deyib.
Tribunainfo.az xəbər verir k, Köseli sevgilisi ilə görüşmək üçün evdən çıxarkən sevgilisinin qardaşı və dayısının tələsinə düşüb. Onlar zorla maşına mindirilən Köselini əvvəlcə döyməyə başlayıblar, sonra isə qarət ediblər. Daha sonra isə gənc oğlana qarşı cinsi zorakılıq edib və video çəkiblər.