backend

ONLİNE PSİXOLOQ DİPLOMU ALANLARIN SONU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Psixoloji yardım haqqında” qanun layihəsi Milli Məcslidə müzakirəyə təqdim edilib. 6 fəsil 23 maddədən ibarət olan qanun layihəsi psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. 

Psixoloji təhsili olmayan amma psixoloq kimi fəaliyyət göstərən insanların fəaliyyətində  bu qanunun qərarından sonra dəyişiklik olacaqmı?

Çoxları belə hesab edir ki, belələri çoxdan Xarkov Aviasiya Akademiyasında və ya bunun kimi təhsil müəsissələrində online psixoloq diplomu “alıblar”.  Bəzi psixoloqlar düşünür ki, bu qanun yenə də təsirsiz olaraq qalacaq. Xarici diplomları bir status kimi istifadə edən psixoloqlar yenə də onlardan istifadə edəcək. “Əgər diplomlu mütəxəssislər  yaxşı kadr kimi özünü göstərə bilmirsə, təbii ki, günah özlərindədir. Bu qərar sadəcə həmin şəxsləri artıq xərcə salacaq və dəyişiklik olmayacaq”. 

Bakı Dövlət Universitetin müəllimi, psixoloq Aynur Bünyatova TİA.AZ-a bildirdi ki, sözügedən qanun layihəsi psixologiya elmini qorumaq üçün çox vacib bir layihədir: “Bu qanun millətimizin psixi sağlamlığını qorumağa şərait yaradır. Xaricdə dövlət standarlarına uyğun təhsil alanlar psixoloji xidmət üçün manelik yaratmayacaq. Bir də vurğulamaq istəyirəm ki, bu qanun bir iki ayliq kurslar keçən “psixoloqlar”ın qarşısını alacaq və bununla da psixoloq sənətinə layiqli ad qazandırmaq üçün çox vacib olacaq”.

İlahə