Son illərdə geniş yayılan onlayn təhsil sistemi şagirdlərin ekran qarşısında keçirdiyi vaxtı əhəmiyyətli dərəcədə artırıb. Bu da göz yorğunluğu, quru göz, tez-tez göz qırpma və baş ağrısı kimi göz sağlamlığı ilə bağlı şikayətlərin artmasına səbəb olub.
Pravda.az bildirir ki, uzun müddət kompüter, planşet və telefon ekranına baxmaq uşaqlarda həm fiziki, həm də psixoloji fəsadlar yarada bilər.
Bu riskləri azaltmaq üçün valideynlərə və müəllimlərə vacib tövsiyələr:
Bunlara ekran qarşısında mütəmadi fasilələr (20-20-20 qaydası), yaxşı işıqlandırılmış otaqlarda işləmək, açıq havada vaxt keçirmək, düzgün qidalanmaq və ehtiyac varsa eynək istifadəsi daxildir. Mütəxəssislər vurğulayır ki, bu sadə tədbirlər uşaqların göz sağlamlığının qorunmasında böyük rol oynaya bilər.