Onlayn alış-veriş zamanı aldanmamaq üçün – Hüquqşünas məsləhəti

Onlayn alış-veriş zamanı aldanmamaq üçün – Hüquqşünas məsləhəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquqşünas Fərhad Mehdiyev internet üzərindən alış-veriş edənlərin aldadılmaması üçün maraqlı məlumat paylaşıb. O bildirib ki, son illər internet üzərində alış-veriş çoxaldığı üçün bu kimi aldadılma, kartdan pul çəkilmə halları da artıb.

Tribunainfo.az hüquqşünasın aldadılmamaq üçün açıqladığı diqqət edilməsi vacib olan məqamları təqdim edir:

“Satış üçün yerləşdirdiyiniz elanla bağlı Rusiyadan vəya naməlum nömrədən sizə bir zəng gələ bilər ki, əşyanı bəyəndik və almaq istəyirik, mən kartınıza köçürmə edəcəm, qohumum üçün alıram, o gəlib özü götürəcək, zəhmət olmasa, kart nömrənizi verin. Əlavə də edə bilərlər ki, xaricdən pul köçürdüyüm üçün Şəxsiyyət Vəsiqənizin şəklini mənə atın. Başqa bəhanə də deyə bilər, amma əsas aldatma mexanizmi belə işləyir:
Siz ona 4169 ilə başlayan kart nömrənizi göndərirsiniz, o da həmin anda Birbank programını yükləyir öz telefonuna. Sonra sizin fin kodunuzu, telefon nömrənizi, bank kart nömrəsini filan daxil edir və qurulmanı tamamlamaq üçün “kodu göndər” düyməsinə basır. Dərhal da sizinlə əlaqə saxlayır ki, sizə bir kod gələcək, köçürməni tamamlamaq üçün zəhmət olmasa o kodu mənə deyin. Bununla da sizin bank hesabınız onun əlinə keçir. Dərhal hesabdan pulları köçürür.
Əslində chargeback funskiyası sizi vəziyyətdən gec də olsa və 100% olmasa da qismən xilas edə bilər”.

Hüquqşünas bildirib ki, Azərbaycan nömrəsi olmayan və həmin nömrə ilə danışmadığınız (vatsap zəngi olmasın) alıcı və ya satıcıdan heç nə almayın, heç nə satmayın.
Nigar