Onlarla cəsədin olduğu video yaydı – Şoyqunu təhqir etdibackend

Onlarla cəsədin olduğu video yaydı – Şoyqunu təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin teleqram kanalında yerdə onlarla cəsədin olduğunu əks etdirən video yayılıb.

Tribunainfo.az xəbər verir ki, görüntülərdə Priqojin qeyri-qanuni silahlı birləşmə üzvlərinin meyitlərini göstərərək onların mayın 4-ü Ukraynada müharibədə həlak olduqlarını iddia edir. Buna səbəb kimi isə 70 faiz silah-sursat çatışmazlığını göstərir.

Eyni zamanda, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir edərək onları “vaqnerçilər”in ölümündə günahlandırır.