Onların Saxlanma Mərkəzində qalma müddəti dəyişirbackend

Onların Saxlanma Mərkəzində qalma müddəti dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, qanunsuz miqrantların Saxlanma Mərkəzində saxlanılması müddəti ilə bağlı yeni qaydalar müəyyənləşir.

Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, onların saxlanma müddəti Mərkəzdə yerləşdirilməsi barədə qərara uyğun olaraq Mərkəzə qəbul edildikləri andan hesablanır.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər.

Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 (bir) iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir.

Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (ve ya buraxılması) haqqında qərar qəbul edir. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Merkezde yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda bu Məcəllənin 82.6-cı maddəsi nəzərə alınmaqla dərhal icra edilməlidir.