Aktrisa Ülviyyə Əliyeva (“Keyxanım”) şəxsi həyatının tez-tez müzakirə olunmasından danışıb.
Aktrisa Ülviyyə Əliyeva (“Keyxanım”) şəxsi həyatının tez-tez müzakirə olunmasından danışıb.
TİA.AZ-ın məlumatına görə, APA TV-nin “Show time” verilişində qonaq olan aktrisa bildirib ki, zaman-zaman barəsində əsassız xəbərlər dərc olunur:
“Şəxsi həyatımda gizli saxlayacağım heç nə yoxdur. Bəzən jurnalistlər mənə zəng edirlər, şəxsi həyatımdan soruşurlar, mən də deyirəm ki, bu barədə danışmaq istəmirəm. Amma mənlə danışandan sonra özlərindən məqalə yazıırlar.
Onların hesabı ilə mən 8 dəfə boşanıb, 12 dəfə nişanı qaytarmışam. Şəxsi həyatımdan danışmağı sevmirəm. İstəyərəm ki, ancaq yaradıcılığımdan yazsınlar. Özəl həyat belədir ki, öləndən sonra da yazmaq olar. Bu dəqiqə sənətimin elə bir nöqtəsindəyəm ki, yaradıram”.