Ali təhsil müəssisələrinə abituriyentlərlə yanaşı, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər də ixtisas seçimi edəcəklər.
Tribunainfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu il universitetlərə müsabiqədənkənar qəbul olmaq üçün ümumilikdə 30500 elektron ərizə təsdiq edilib.
Ekspertlərin fikrincə, bəzi ixtisaslar üzrə subbakalavrların demək olar ki, şansı yox səviyyəsindədir.
Eyni zamanda, bu ildən 15-ə yaxın universitetdə bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq. Bəzi universitetlərdə geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair kimi mühəndisliklə bağlı ixtisaslara qiyabi təhsilalma forması olmayacaq.