Filippin prezidenti Rodriqo Duterte bəyan edib ki, Davao şəhərinin meri olduğu vaxt cinayət törətməkdə şübhəli bilinənləri şəxsən özü öldürüb.
Filippin prezidenti Rodriqo Duterte bəyan edib ki, Davao şəhərinin meri olduğu vaxt cinayət törətməkdə şübhəli bilinənləri şəxsən özü öldürüb.
Bu barədə TİA.AZ “Frans Press”-ə istinadən xəbər verir.
Qeyd edək ki bu ilin mayında prezident seçilən Duterte narkomanlarla, həmçinin narkotik alverçilərinə qarşı yürütdüyü kəskin siyasəti ilə seçilir. Polisin məlumatına görə, son aylar ölkədə narkotik ticarəti ilə bağlı 3 minə yaxın insan öldürülüb.
“Davaoda mən bunu şəxsən edirdim. Sadəcə bunu uşaqlara (polislərə-red) göstərmək üçün etmişəm. Əgər mən bunu edirəmsə, niyə də onlar bunu etməsinlər”, – deyə Duterte bildirib.
“Mən motosikletlə Davaoda gəzirdim və küçələrə nəzarət edirdim. Əslində mən qarşıdurma axtarırdım ki, kimisə öldürüm”, – deyə Filipin lideri bildirib və əlavə edib ki, başladığı kampaniyanı dayandırmaq fikrində deyil.
Qeyd edək ki, Rodriqo Duterte 22 ildən çox Davaoda mer olub.