Onlara güvənmək təhlükəlidir – Ümid verib yarı yolda qoyan BÜRCLƏR

Onlara güvənmək təhlükəlidir – Ümid verib yarı yolda qoyan BÜRCLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Astrologiya ilə maraqlananların nəzərinə! Ümid verən və yarı yolda qoyan insanların bürcləri müəyyənləşdi.
Bürclərin insan xüsusiyyətlərinə, şəxsiyyətinə və taleyinə təsir etdiyinə dair inanc bütün dövrlərdə davam etmişdir. Astrologiya mütəxəssislərinin açıqlamaları da bu inanca uyğundur. Astroloqların fikrincə, zodyak aləmində bəzi bürclər sevgidə etibarsızdır. Bu insanlar hər şeyin yaxşı getdiyini görəndə birdən-birə yox olurlar. Əgər onlara qarşı hissləriniz varsa, yol yaxınkən bir daha düşünün.
Tribunainfo.az mütəxəssis astroloqların fikirlərinə istinadən ümid verib yarı yolda qoyan 5 bürcü sizlərə təqdim edir:
Oğlaq
Oğlaq bürcü fərdləri ümumiyyətlə məqsədyönlü, nizam-intizamlı və məsuliyyətli xüsusiyyətləri ilə tanınırlar. Onların etibarını qazanmaq üçün bəzən vaxt lazım olur.
Münasibətlərdə sevgi və bağlılıq tapmaq emosional maneələri dəf etməyi tələb edə bilər. İş yükünün çox olduğu bir vaxtda Oğlaq bürcü ilə rastlaşsanız, ümidinizi üzməməlisiniz. Çünki bu prosesdə o, hissləri ilə məşğul olmaq istəməyəcək.
Dolça
Dolça bürcləri yenilikçi, azad düşüncəli və müstəqil şəxsiyyət olmaları ilə diqqət çəkir. Onlar, ümumiyyətlə, cəmiyyətin normalarına uyğun gəlməyi sevmirlər və öz yolu ilə getməyə üstünlük verirlər.
Buna görə də, onlar üçün emosional yaxınlıq yaşamaq və onunla əlaqə qurmaq çətin ola bilər. Bir anda aradan çıxa bilərlər.
Oxatan
Oxatan bürcü insanların azadlıqlarını həddən artıq sevdikləri bilinir.
Əyləncəli və adrenalindən həzz alan Oxatan bürcü insanları asanlıqla aşiq olmazlar, amma həqiqətən kimsə diqqətini çəkəndə dünyanın ən sadiq insanları olurlar.
Onlar tərəfdaşlarını əzizləyir və tez-tez onları nə qədər sevdiklərini xatırladırlar. Bəzən bunu bir söz, əlaqə və ya kiçik bir hədiyyə ilə edə bilərlər.
Heç bir gözləntiniz olmadıqda belə, sizi həyatlarının mərkəzinə qoyduqlarını söyləyərək xəyala daldırırlar. “Axtardığım sevgi budur” dediyiniz zaman onlar yox ola bilər.
Əqrəb
Yüksək libidosu ilə tanınan Əqrəb bürcü cazibədar gördükləri istənilən qadına aşiq ola bilər.
Cinsi uyğunluq Əqrəbin olmazsa olmazlarından biridir. Ehtiraslı bir insan onların başına gələ biləcək ən yaxşı şeydir.
Bu, onları heyran etmək üçün asan bir yol kimi görünsə də, maraqlarını təzə saxlamaq bəzən çətin ola bilər. Cinsi həyəcanını itirmiş Əqrəb üçün bu əlaqə asanlıqla əvvəlki vəziyyətinə qayıtmaya bilər.
Balıqlar
Manipulyasiya edən xüsusiyyətləri ilə tanınan Balıqlar ədalətsiz olduqları vəziyyətlərdən məharətlə uzaqlaşa bilirlər.
Münasibət əsnasında bütün səhvlərinin bağışlanmağını istəyirlər, lakin hər fürsətdə səhvlərinizi üzərinizə atacaqlar.
Ona görə də Balıqlarla münasibətləri saxlamaq çətindir.