“Tamaşa qoymuşam, heç çox adamın xəbəri yoxdur.”
“Tamaşa qoymuşam, heç çox adamın xəbəri yoxdur.”
Bu sözləri xalq artisti Rafael Dadaşov yeni tamaşası haqda Kult.az-a danışarkən deyib. O, rejisorların aktyorluq etməsini başa düşmədiyini bildirib:
“Mən bu yaxınlarda İrəvan Dövlət Dram Teatrında “Qanlı qızıl toy” adlı tamaşa səhnələşdirdim. Həm də baş rolda özüm idim. Amma heç bir rezonans doğurmadı. Belə şeylər adama pis təsir edir. O ki qaldı rejissorluğun çətin olmasına, Aktyora heç vaxt rejssorluq çətin gəlmir. Aktyordan yaxşı rejissor olar, amma rejissordan yaxşı aktyor ola bilməz”.