ONLAR EŞQLƏRİNİ BELƏ ƏBƏDİLƏŞDİRDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 İyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir. 

30 İyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir.

Hər bir cəmiyyətin sevgi üzərində qurulduğu nəzərə alınarsa, orada iki insanın bu hisslərini təntənəli şəkildə qeyd edə bilməsi üçün müəyyən bir tarixi günün olması çox vacibdir. Yəqin ki, çoxlarının fikrinə fevralın 14-ü- Valentin günü kimi keçirilən bayram gəlir.
Sosioloqlar əslində belə bir bayramı həm də milli dəyərlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli sayır.

Jurnalist-sosioloq Lalə Mehralı TİA.AZ-a bildirdi ki, bu, həm milli bayramdır, həm qəhrəmanlıq tariximizdir, həm də sevgi kimi müqəddəs bir hisslə bağlıdır. 
14 Fevralın bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunmasına təbii yanaşan sosioloq, 30 İyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirir. Onun fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər: “Bütün dünya cəmiyyətlərinin hər zaman təmiz sevgiyə ehtiyacı olub. Ətraf aləmdə baş verən neqativ situasiyalarla məhz əsl sevgi vasitəsilə mübarizə aparmaq olar. Odur ki, ürək və ağılın birgə qərar verdiyi bu ülvi hissləri yaşamaqdan çəkinməyin. Elə bu gün – Sevgililər günündə sevginizi bir daha etiraf etməkdən də”.

L. Mehralı deyir ki, 30 İyun canımızdan-qanımızdan olan iki həmvətənimizin eşqlərini əbədiləşdirdiyi gündür:

“14 fevral isə tanımadığımız, bilmədiyimiz, tarixin gizli qaynaqlarında homoseksual, əxlaqsızlıq yayan biri kimi tanıdılan Valentinin günüdür. Biri məhəbbəti ülviləşdirib, digəri isə nikahsız cinsi əlaqəni yayıb. İnsanların öz seçiminə qalıb gerisi, kim ruhuna hansını yaxın bilirsə, o günü qeyd etsin. Amma məntiqlə götürəndə hər kəsin özündə gizli olan bir sevgi günü var – əsl sevgisini, əbədi sevgilisini tapdığı gün, o insan üçün sevgililər günü məhz öz sevgisinə qovuşduğu gündür”.

1989-cu ilin 30 İyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb.  1990-cı ilin yanvarında 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. İlham həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulub.

Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar. 

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.


Bətnindəki körpəni də özü ilə məzara aparır…

İlahə