Onlar daha deputat olmaya bilər – EKSKLÜZİV SİYAHI Tribunainfo.az-da…backend

Onlar daha deputat olmaya bilər – EKSKLÜZİV SİYAHI Tribunainfo.az-da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis buraxıldıqdan sonra sonuncu tərkibdən kimlərin təkrar deputat olacağı sualları yağmağa başlayıb. Tribunainfo.az məlumat əldə edib ki, bəzi deputatlar yenidən parlamentə düşməyəcəklər. Onlardan bəziləri namizəd olmayacaq, bəziləri hakim partiyanın namizədi kimi dəstəklənməyəcək, bir hissəsi yaş faktoru nəzərə alınaraq mandat sahibi olmayacaqlar. Belə xəbərlər dolaşır ki, Eldar İbrahimov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Jalə Əliyeva, Kamilə Əliyeva, Elşən Musayev, Şahin İsmayılov yeni parlamentdə yer almaya bilərlər. Bu siyahını Aqil Abbas, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Fəzail Ağamalı ilə genişləndirmək olar. Həmçinin, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Kamran Bayramov, Müşfiq Cəfərov, Nizami Cəfərov, Tamam Cəfərova, Məzahir Əfəndiyev də növbəti parlament seçkilərində deputat adı qazanmaya bilərlər. Bildirilir ki, Ziyafət Əsgərov, Əhliman Əmiraslanovun da şansı azdır. Habelə, iddia edilir ki, Oqtay Əsədov, Emin Hacıyev, Sabir Hacıyev, Aydın Hüseynov, Sevinc Hüseynova, İsa Həbibəyli də yeni parlamentin tərkibində təmsil olunmayacaqlar.
Bundan əlavə, Ramil Həsən, Nurlan Həsənov, Afət Həsənova, Səbinə Xasayeva da yenidən deputat olmaya bilər. Bütün adıçəkilən deputatlarla bağlı müxtəlif səbəblər var. Bəziləri uzun müddət deputat olublar, bəziləri yaşlanıb, bir hissəsini isə cəmiyyət bu illər ərzində deputat kimi tanınmayıb, çıxışlarına rast gəlməyib. O da deyilir ki, Eldar Quliyev, Pərvin Kərimzadə, Cavid Osmanov, Cəbi Quliyev, Müşviq Məmmədli, Anar Məmmədov, İlham Məmmədov, İqbal Məmmədov, Əliabbas Salahzadə, Vasif Talıbov, Sədaqət Vəliyeva, İltizam Yusifov da deputat olmaya bilər.
Onu da demək lazımdır ki, yaşı 70-i ötmüş, hamısı olmasa da, bir çox köhnə simaların deputat mandatı ilə vidalaşacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan 125 deputatın 21-i 70 yaş və üzərindədir.

Parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadədir (83 yaş). Onu Eldar İbrahimov (79 yaş) və Mixail Zabelin (78 yaş) izləyir.

70-i ötmüşlər” siyahısındakı digər deputatların adlarını təqdim edirik:

– Fəzail Ağamalı (77 yaş);

– Sabir Rüstəmxanlı (77 yaş);

– Vahid Əhmədov (77 yaş);

– Əhliman Əmiraslanov (76 yaş);

– İsa Həbibbəyli (75 yaş);

– Tahir Rzayev (74 yaş);

– Aqiyə Naxçıvanlı (74 yaş);

– Fəzail İbrahimli (73 yaş);

– Elman Məmmədov (73 yaş);

– Rasim Musabəyov (73 yaş);

– Bəxtiyar Sadıqov (73 yaş);

– Eldar Quliyev (72 yaş);

– Anatoliy Rafailov (71 yaş);

– Əli Məsimli (71 yaş);

– Aqil Abbas (71 yaş);

– Cavanşir Paşazadə (71 yaş);

– Sabir Hacıyev (70 yaş);

– Asim Mollazadə (70 yaş).

Tribunainfo.az
Səid Hüseynli