Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günündə tarix və coğrafiya fənlərindən yüksək bal toplayan namizədlərin adları açıqlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilir ki, test imtahanı mərhələsində coğrafiya fənni üzrə ən yüksək balı Aidə Daşdıyeva (100/92,5), Aytac İsgəndərli (100/92,5) və Röyal Kərimov (100/91,25), tarix fənni üzrə isə ən yüksək balı Kamran Xəlilov (100/93,75), Günel Salmanova (100/91,75) və Rəhman Süleymanlı (100/91,75) toplayıblar.