Ömürlük məhbuslar Səfa Poladov və Arif Kazımov həbsxana rəisi tərəfindən alçaldıcı rəftara məruz qalıblar.TİA.AZ xəbər verir ki,bu barədə tanınmış vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb.
Onun yazdığına görə o bu gün Penitensiar Xidmətin həbsxanasında saxlanılan ömürlük azadlıqdan məhrum edilmiş Səfa Poladov və Arif Kazımovla görüşüb. Onlar vəkilə bildiriblər ki, 14 dekabr 2017-ci il tarixdən həbsxana rəisi onlara qarşı qanunsuz və alçaldıcı hərəkətlərə yol verir, dəfələrlə heç bir əsas olmadan televizora baxmaq adı ilə onları karsa salıb, yerlərini dəyişdib başqa yerə köçürüb.
“Hazırda məhbuslar dəmirin üstündə yatırlar. Həbsxana rəisi onları ölümlə hədələyib,onlara qarşı başqa hərəkətlər edib.Məhbuslar rəis tərəfindən alçaldıcı rəftara məruz qalıblar. Arif Kazımov baş verənlərdən bezərək intihar edib,amma bu intiharın qarşısını həbsxana əməkdaşları alıb. Səfa Poladov və Arif Kazımov mənə Azərbaycan Respiblikasının Prezidenti cənab İlham Əliyevin adına yazılmış ərizə verdilər və yazılı olaraq xahiş etdilər ki, bi məlumatı təcili olaraq ictimailəşdirim ki, ölkə başçısının və Ombudsmanın baş verənlərdən dərhal məlumatı olsun və Ombudsman dərhal onları qəbul edib, həyatlarına olan təhlükənin qarşısını alsın”,- Elçin Sadıqov öz səhifəsində yazıb.