MHP (Milliyətçi Hərəkat Partiyası) lideri Dövlət Baxçalının partiya qrupundakı açıqlaması gündəmə bomba kimi düşüb. PKK lideri Abdullah Öcalana səslənən Baxçalı, “Əgər baş terrorçunun təcrid olunması aradan qaldırılsa, gəlsin DEM Partiyasının qrup toplantısında çıxış etsin və terrorun bitdiyini, təşkilatın ləğv edildiyini bəyan etsin”, – deyib.
“Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM-də açıqlamanın əks-sədaları davam edərkən, 43 aydan sonra İmralıda terrorçuların lideri Öcalana səfər edilib.
DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) Şanlıurfa Millət vəkili Ömər Öcalan oktyabrın 23-də əmisi Öcalanla görüşdüyünü açıqlayıb. Ömər Öcalan bu barədə sosial media hesabından açıqlama verib:
“Abdullah Öcalanla son üz-üzə görüş 3 mart 2020-ci ildə olmuşdu. Biz ailə olaraq illər 23 oktyabr 2024-cü ildə onunla görüşə bildik”.
“Hürriyyə”” qəzetinin köşə yazarı, jurnalist Abdulkadir Selvi sözügedən görüşdə baş verənləri yazıb. Görüşün təfərrüatlarını qeyd edən Selvi, Öcalanın “Tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram, təşkilatı silahı yerə qoymağa çağıracağam” dediyini bildirib.
MHP lideri Bahçelinin gündəmə gətirdiyi “Ümid haqqı” tənzimləməsinin də Öcalan üçün ümidverici olduğunu ifadə edən Selvi, “Öcalanın bir müddət əvvəl “Mən buradan tabutla ayrılmaq istəmirəm”, – deyib.
Bildirək ki,PKK lideri Abdullah Öcalan 1999-cu ildə həbs edilib. O,terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib. Öcalan hazırda cəzasını Mərmərə dənizində yerləşən İmralı adasında təkadamlıq kamerada çəkir.