ÖMÜR BOYU TUTA BİLƏCƏYİNİZ PƏHRİZ MENYUSU…

ÖMÜR BOYU TUTA BİLƏCƏYİNİZ PƏHRİZ MENYUSU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərin əsas sağlıq problemi yanlış pəhrizlər səbəbindən yaranmış xəstəliklərdir. Mütəxəssislər sağlamlığa zərərli olan, hətta ölümlə nəticələnən pəhrizlərin olduğunu bildirir. Bu səbəbdən mütəxəssislər ömür boyu istifadə edilə biləcək ən sağlam pəhriz formulu hazırlayıblar.

Tibunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparılan araşdırmaya əsasən ömür boyu davam etdirməsi təhlükəli olmayan pəhriz “Akdeniz pəhrizi”dir. Türkiyəli mütəxəssislərin fikrincə, çox miqdarda bitkisəl qidalarla, göyərti, tərəvəz, dənli bitkilərlə zəngin pəhriz yeməkləri ən sağlam olanıdır. Bu pəhrizin əsas yağı isə zeytun yağı hesab edilir. Bu pəhrizdə pendir də olduqca vacibdir.

Mütəxəssislərin fikrincə, pəhriz zamanı heç bir qidadan imtina etmək lazım deyil. Az miqdarda da olsa bütün qidalar qəbul edilməli, hər şey yeyilməlidir. İnsan orqanizminin bütün ehtiyacları qəbul edilməlidir. Ət, toyuq, balıq, yumurtadan imtina etmək olmaz. Həmçinin çörək, şirniyyatları da kəsmək məsləhət görülmür. Hər şeydən, ancaq az miqdarda istifadə etməklə pəhrizə əməl etmiş olarsınız.