Ömür boyu kredit ödəməkdənsə, bu yolla ev alın — Ekspert

Ömür boyu kredit ödəməkdənsə, bu yolla ev alın — Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylarda Bakıda və iri şəhərlərdə daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Kirayə qiymətləri rekord səviyyələrə çatıb, mənzil satışında tələbat artıb, eyni zamanda yeni tikililərdə qiymət fərqləri gözə çarpır. Yeni layihə çıxıb: kənardan alıcılara rahat görünən, amma cibləri talayan kreditlə mənzil satışı barədə vətəndaşlar bildirib ki, 200 minlik mənzil 300 minə başa gəlir. Hələ bu Sumqayıt bulvarında tikilən yeni binaların satışına aiddir. Bakıda yəqin ki, daha bahadır. Halbuki, yeni tikili binalar sovet binaları ilə müqaisədə insanlarda həm də təhlükəsizlik baxımdan narahatlıq da yaradır. Vətəndaşlar ömür boyu kredit ödəməyə məcbur olur.

Mənzil almaq istəyənlər üçün ən optimal strategiya nədir? Qiymətlərin bu qədər baha olması normaldırmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadov bildirib ki, əmlak, ələxsus da mənzil almaq üçün heç də əlverişli vəziyyət yaranmayıb. İpoteka üçün mənzil götürənlər üçün də bu belədir.

E. Azadovun sözlərinə görə, hazırki mühit elə bir vəziyyətə gəlib çıxıb ki, ipoteka götürən şəxslər məcburdurlar ki, 15 il, 20 il, bəzən 25 ilə kimi dayanmadan böyük məbləğdə kredit ödəyirlər. Bu da həmin şəxslərin gələcək həyat planlarını demək olar ki, pozur. Daşınmaz əmlakı eldə etməkdən ötrü, ömürlərinin yarısını pul ödəməyə məcbur olurlar.

Bahalaşma barədə danışan eksrpet deyib:

“Sözsüz ki, bahalaşma heç kəsə sərfəli deyil. Heç bir alıcı, ölkə iqtisadiyyatı, iş adamları üçün əlverişli şərait yaradılmır. Dərindən baxanda, bu problemlərlə heç kəs məşğul olmur. Açıq bazardır və bu bazarda qeyri-adekvat vəziyyət yaranıb. İlbəil də qiymətlər qalxır. Bizim iqtisadiyyatımızın göstəriciləri və vətəndaşların kretid ödəmə, alıcılıq qabiliyyətindən təəssüflər olsun ki, daşınmaz əmlak qiymətləri dəfələrlə yüksəkdir. Bu kimi tendensiya son 5 ildə baş verib və hələ də davam edir.

Elnur Azadov əmlak almaq istəyənlərə tövsiyyə edib:

“Artıq çıxış vəziyyəti, şəhər ətrafında torpaq sahəsi almaq və onun üzərində tədricən ev tikmək tövsiyyə olunur. Bu, böyük bir kredit xərclərinə düşməkdənsə, çıxış yolu olaraq alternativ addımlardan biri budur. Vəsait toplayıb torpaq almaq və vəsait yığıldıqca, hər hansı bir fərdi ev inşa etmək məqsədəuyğundur. O ki, qaldı şəhərin daxilində kimsə mənzil almaq istəyirsə, hazırki vəziyyətdə ipotekadır. Yaxud da qiymətlərin stabilləşməsini gözləmək lazımdır. Ona görə ki, qiymətlərin artımı 2000-2001-ci illərdə başladı. Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti şirkətlərinə verilən icazələrin sayı dəfələrlə məhdudlaşdı. Bazarda ərsəyə gəlmiş vəziyyət və rəqabətin olmaması tədricən bahalaşmaya səbəb oldu. Ümid edirəm ki, ölkəmizdə toplam olaraq Bakı-Abşeron ərazisində 16 min çoxmənzilli bina var ki, onların istismar müddəti bitmişdir. Onlardan 1100 bina artıq qəzalı və qismən qəzalı kimi qeydiyyata alınıb. 1100 binadan 193 bina ümumiyyətlə yaşamaq üçün tam təhlükəli kimi hökumət tərəfindən qeydə alınmışdır. Nazirlər Kabineti hazırda bu istiqamətdə işlər aparır. Proses bu ilin yazında başlayıb. 1100 bina yaşamaq üçün təhlükəli olduğuna görə, onlarla bağlı dövlət və aidiyyəti qurumlar tərəfindən başlıca Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən artıq konkret qərarın verilməsi və məhdudiyyətlərin aradan qaldırılması zamanı gəlib çıxıbdır. Belə davam edərsə, qiymətlər də yüksək qalacaq və 1100 binanın sökülərək yenilənməsilə bağlı Bu cür vəziyyətdə qalması təhlükələrin ərsəyə gəlməsi deməkdir. Hökumət bu istiqamətdə artıq işlər aparmalıdır ki, böyük həcmdə tikinti ş bazara girsinlər və inşaat proseslərinə başlasınlar”.

Dəniz Pənahova