Bu gün Bakı Apelyasiya Məhkəməsində Qobustan həbsxanasında ömürlük cəza çəkən məhkumlar – Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov cəzalarının müddətli cəza ilə əvəzlənməsi üçün ərizələrinə baxılmaqdan imtina edilməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Bu gün Bakı Apelyasiya Məhkəməsində Qobustan həbsxanasında ömürlük cəza çəkən məhkumlar – Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov cəzalarının müddətli cəza ilə əvəzlənməsi üçün ərizələrinə baxılmaqdan imtina edilməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.
TİA.AZ xəbər verir ki, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə ilkin baxış iclası olub.
Məlum olub ki, Elçin Əmiraslanov məhkəmədə iştirak etməsi üçün ərizə göndərib. Məhkəmə Elçin Əmiraslanovun prosesdə iştirakını təmin edən qərar verib.
Məhkəmə noyabrın 8-də davam edəcək.
Qaradağ Rayon Məhkəməsində ömürlük məhkumların vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəkil Elçin Sadıqov ərizəsi təmin edilməyib. Vəkil həmin qərardan apelyasiya şikayəti verib.
Qeyd edək ki, Elçin Sadıqov ömürlük azadlıqdan məhrum edilmiş OMON-çu məhkumlar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun cəzalarının 20 il müddətinə həbslə əvəz edilməsi üçün məhkəməyə ərizə təqdim edib.
Ərizədə OMON-çu məhkumlar barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi istənilib.
Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 16 dekabr 1996-ci ildən cəza çəkirlər və 16 dekabr 2016-cı ildə cəzalarının 20 ili tamam olur. Onlar 1994-cü ildə həbs ediliblər, Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunublar. 1997-ci ildə ölkəmizdə ölüm hökmü ləğv edilib, bu üş şxəsin cəzaları ömürlük cəza ilə əvəz olunub.
Elçin Əmiraslanov Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin keçmiş komandiri, Arif Kazımov və Səfa Poladov isə OMON üzvü olublar.