OMON-dan Yekaterinburqda daha bir əməliyyat – VİDEO

OMON-dan Yekaterinburqda daha bir əməliyyat – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yekaterinburqda “Rus Könüllü Korpusu” (Rusiyada terror təşkilatı kimi tanınıb) təşkilatının fəaliyyətində iştirak edən yerli sakin saxlanılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Saxlanılan şəxsə qarşı terrorizmi təbliğ etmə ittihamı ilə cinayət işi başlanılıb.
Məlumata görə, o, həmin təşkilata dəstək məqsədilə şəhərdə divar rəsmləri çəkərək terrorçuluğu açıq şəkildə təbliğ edib. Bu əməl Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 1-ci bəndi ilə (terrorçu fəaliyyətə açıq çağırış, terrorizmin açıq bəraəti və ya təbliğatı) qiymətləndirilir.
Mənbənin sözlərinə görə, saxlanılan şəxsin yaşadığı ünvanda axtarış aparılıb, onun üzərində və evində cinayət zamanı istifadə olunan şəxsi əşyalar, rabitə vasitələri, ekstremist məzmunlu eskizlər və rəsmlər aşkarlanaraq götürülüb.