Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “OMİD”in İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“OMİD”lə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 6 dekabr tarixində hakim Hafiz kamranoovun sədrliyi ilə baxış iclası keçiriləcək.
Qeyd edək ki, “OMİD” MMC-nin rəhbəri Burhan Sevahildir. O, şirkətdə baş icraçı direktor vəzifəsini icra edir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar