OMİD bir ayda ikinci dəfə eyni maddə ilə cərimələndibackend

OMİD bir ayda ikinci dəfə eyni maddə ilə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
OMİD Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada cərimə edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın icraatındadır.
Qeyd edək ki, OMİD inşaat mağazaları şəbəkəsi barəsində bir neçə gün öncə də eyni maddə ilə protokol tərtib edilib. OMİD MMC Dövlət Reklam Agentliyinin protokolu barəsində məhkəməyə şikayət edib. Sözügedən işə Nərimanov Rayon Məhkəməsində baxılacaq.