Omanın Sultanı Azərbaycanın dövlət başçısını təbrik edib

Omanın Sultanı Azərbaycanın dövlət başçısını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribunainfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayırıq.

Uca Allahdan diləyimiz budur ki, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etsin”.