Ölümündən şeir yazdı, vəfat etdi – Azərbaycanda

Ölümündən şeir yazdı, vəfat etdi – Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanlı şair Rəhim Mehnət vəfat edib.
BakuPost xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib. Bildirilir ki, şair ürək tutmasından dünyasını dəyişib.
Maraqlı məqam isə ondan ibarətdir ki, şair dünən gücə yarısı feysbukda ölümünə aid şeir paylaşıb. Həmin şeiri təqdim edirik:
Taleyimi cirmaqladı əllərim,
Gündüz öldüm, sanki gecə yaşadım.
Bu alın yazımdı, bax laldı dilim,
Heç bilmədim, ömrü necə yaşadım.
Həyatıma calaq vurdum, tutmadı,
Suya atdım, batan kimi batmadı.
Dilək deyib, arzu tutdum, çatmadı,
Heç bilmədim, ömrü necə yaşadım.
Azaltmadım kədərimin sayını,
Üstə gəldim arzuların payını.
Yola verib illərimin ayını,
Heç bilmədim, ömrü necə yaşadım.
Düzənlədim günlərimi, olmadı.
Ləpir saldım, alaq tutdu, qalmadı.
Ömür payım yarım qaldı, dolmadı,
Heç bilmədim, ömrü necə yaşadım.
Rəhim Mehnət adlı şəxsin şəkli.