“Klinik ölümdən sonra tunelə düşdüm. Orada ölmüş qohumlarımın ruhu və işiq saçan varlıq məni çağıraraq seçim etməli olduğumu istədi”.
“Klinik ölümdən sonra tunelə düşdüm. Orada ölmüş qohumlarımın ruhu və işiq saçan varlıq məni çağıraraq seçim etməli olduğumu istədi”.
Ölüm ayağında olanlardan bu tip “yuxuları” çox eşitmişik. Ancaq bu o demək deyil ki, klinik ölüm keçirən hər kəs eyni şeyi yaşayır.
Tanınmış tədqiqatçı F.M.X. Etuoter “Aspektlərin ümumi analizi” kitabında ölümqabağı hissiyyatların siyahısını yazıb. Kevin Uilyams isə onların əsasında klinik ölüm keçirmiş 50 nəfər üzərində araşdırma apararaq öləndən sonra insanda ən çox qeydə alınan 10 hissi açıqlayıb:
Hər şeyin unutduran sevgi
69% insan hər şeyi unutduran sevgini hiss edib. Bəziləri düşünürdülər ki, sevgi hissi “düşdükləri” yerin atmosferidir. Digərlərinin fikrinə görə isə, Allahla, işıqlı varlıqlarla və ölən qohumlarının ruhu ilə görüşdükləri üçün bu hiss yaranıb.
Telepatiya
65% insanlar və canlılarla telepatiya vasitəsilə ünsiyyət qurduqlarını söyləyib. Bir sözlə, onlar şüurlu olaraq canlılarla qeyri-şifahi ünsiyyətdə olublar.
Bütün həyatları gözləri önündə
62% insanın həyatı gözləri önündən axıb-keçib. Bəziləri həyatlarını əvvəldən axıra kimi, bəziləri isə əksinə son günündən doğuşa kimi olan həyatı gördüklərini deyiblər. Bəziləri həyatlarının ən yaxşı anlarını gördüklərini, digərləri isə həyatlarını sadəcə qıraqdan izlədiklərini dilə gətirib.
Allah
56% insan Allaha bənzər qüvvə ilə görüşdüklərini deyib. Maraqlısı odur ki, özünü ateist adlandıran 75% insan da Allahı gördüyünü deyir.
Böyük sevinc
Bu, “hər şeyi unutduran sevgi” hissinə bənzəyir. Əgər sevgi hissi xarici mənbədən gəlirdisə, sevinc hissi bədən və maddi problemlərin qurtularaq bu yerdə olduqları və onları sevən canlılarla görüşdükləri üçün insanın öz daxilində yaranıb. Bunu 56% insan hiss edib.
Hədsiz bilik
46% insan hədsiz biliyi hiss etdiyini, bəziləri isə hətta dünyanın müdrikliyinin və sirrinin onlara agah olduğunu deyib. Heyf ki, real dünyaya qayıdandan sonra onlar aldıqları biliyi qoruyub saxlaya bilməyiblər. Ancaq beyinlərində aldıqları biliklə bağlı hisslər uzun müddət qalıb.
Axirət dünyasına səyahət
46% insan axirət dünyasına getdiklərini, bəzilərinin isə cəhənnəmi belə gördüklərini deyib.
Çəpər
Kliniki ölüm yaşayanların 46% seçim etmək üçün çəpər olduğunu deyib: Ya axirət dünyasında qal, ya da Dünyaya geri dön. Əksər hallarda orada yaşayan varlıqlar insanın yerinə seçim edərək, tamamlamadığı işlərinin olduğu üçün geri dönmələrinə qərar verib. Bəzilərinə isə seçim özlərinə verib. Onlar isə qayıtmaq istəməyiblər.
Gələcəkdə olacaqlar
44% insana gələcək agah olur. Bu hadisələr dünyəvi eləcə də şəxsi ola bilər. Dünyaya qayıdandan sonra bu bilikləri hər hansı problemi həll etməkdə kömək olub.
Tunel
Klinik ölüm keçirdənlərin ən çox görülən “yuxu” sayılsa da, yalnız 42% insan işığa aparan tuneli gördüyünü söyləyir. Bəziləri işıq mənbəyinə doğru uçduqlarını, bəziləri isə pilləkənlə çıxdığını etiraf edib.
Olacaqlardan əminsizlik
Ölümqabağı təcrübəsi olan insanlar bunun onların başına gəldiyinə əmin deyillər. Amma bu onlara öldükdən sonrakı həyatın olduğunu sübut etmiş olub.
Materialist elm əksinə olaraq, bütün bunların beynində oksigen çatışmamazlığı və neyrobioloji effektlerin nəticəsində baş vermiş hallüsinasiya olduğunu deyir. Tədqiqatçılar ölümqabağı təcrübəni bəzi aspektlərini laboratoriyada simulyasiya etsə də, bu hisslərin real olduğuna əmin deyillər.
Məsələ ondadır ki, biz “orada” baş verənlərdən 100% əmin deyilik. Ən azından birdəfəlik ölüb, ora düşənə kimi. O zaman belə sual yaranır “Biz orada gördüklərimizi Yer üzündəki insanlara xəbər verə biləcəyik?”
Mələk