Bir neçə gün əvvəl aktyor Ruslan Səfərlinin ölüm xəbəri yayılıb. Belə ki, onun instaqram səhifəsinin “hekayə” bölümündə “Sevimli aktyorumuz. Allah rəhmət eləsin Ruslan Səfərli” yazılmış post paylaşılıb. Bundan bir gün sonra əvvəlcə aktyorun yaxınları daha sonra isə özü bu məlumatı təqzib edib.
Tribunainfo.az olay-a istinadən xəbər verir ki, sənətçi bir neçə dəqiqə əvvəl instaqram səhifəsində canlı yayım açaraq başına gələn hadisəni danışıb.
R. Səfərli bildirib ki, onun telefonu olduğu məkanların birində oğurlanıb:
“Məkanların birində idim. Üzərimdə hər zaman telefonum, pul kisəm və eynəyim olur. Necəsə olubsa hər ikisi götürmüşəm amma telefonu unutmuşam. Avtomobildə gedən zamanı istədim telefonla zəng vuram. O zaman anladım ki, artıq telefonum yoxdur. Telefonuma heç zaman kod və porol qoymuram. Nömrəmə zəng çatmırdı. Yalnız votsapla əlaqə saxlamaq olurdu. Ora yazıb, zəng edirdik. Dostumdan mesaj yazdıq ki, bəs telefonum yiyəsi mənəm. Telefonu açan kimi artıq bəlli olur telefon kimindir. İnstaqramın porolunu dəyişirsən nömrəyə kod gəlir. Nömrədə telefonun içində. Bir tək bank kartlarımı tez bir zamanda bloklaya bildim ki, pullar xərclənilməsin. Telefonun qiyməti 3-4 mindir. Kimin telefonu olduğu üçün burada yaxşı, babat məbləğdən söhbət gedirdi ortalıqda. Mən isə bununla razılaşmadım. Telefonumda intim yazışmalar, fotolar və sayra tapmayıblar. Mənim belə şeylər telefonumda olmur və belə bir yola əl atıblar. Heç gözləməzdim ki, belə bir şey olsun. Bu müddət ərzində evdəki situasiya və problemi necə həll etmək olar məsələsi ilə məşğul olmağa çalışmışam. Çox ciddi addımlar atmalı oldum. Yaxşı dostlar var. Onlara zəng etdim və yardım istədim. Onlar çox böyük əziyyət çəkdilər. Sağolsunlar. Hadisədən bir gün sonra günorta saatlarında əlaqə saxladılar və telefonumu mənə geri qaytardılar”.
Aktyor baş verən hadisə fonunda anasının dərin stress keçirdiyini vurğulayıb:
“Anam üçün qorxurdum. Məlumatı saytlar yaymışdı oradan isə yaxınlarımız xəbəri oxuyub anama çatdırmışdılar. Anama çoxsayda zəng gəlmişdi. O ağlayırdı, stress yaşayırdı. Yaşlı qadındır və şəkəri, təzyiqi var. Məsələn o infarkt keçirə bilərdi. Allah qorusun. Gəldim anamın yanına. O məni görüb daha çox ağladı. Bütün günümüz bax belə ağlamaqlarla keçdi”.
Ruslan bildirib ki, bu müddət ərzində onun sosial şəbəkə hesablarına 500-dən artıq mesaj gəlib. Bu diqqətin qarşılığında hər kəsə təşəkkürünü bildirən aktyor canlı yayım zamanı kövrələrək, ağlayıb.