Ölüm saçan 5 xəstəlik – Hər dəqiqə 120 nəfər dünyadan köçür

Ölüm saçan 5 xəstəlik – Hər dəqiqə 120 nəfər dünyadan köçür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya əhalisinin sayı getdikcə artır. Buna paralel olaraq, ölüm hallarında da artım müşahidə edilir. Statistikaya əsasən, dünyada hər il təxminən 65 milyon insan ölür. Bu, orta hesabla hər gün 178 min, hər saatda 7425, hər dəqiqədə 120, saniyədə isə 2 ölüm deməkdir.

Modern.az xatırladır ki, dünyada indiyə qədər ən aşağı ümumi ölüm halı 1977-ci ildə qeydə alınıb. Həmin il 46 milyon insan vəfat edib.

Proqnozlara əsasən, ən yüksək ölüm göstəricisi 121,7 milyon nəfərlə 2099-cu ilə təsadüf edəcək.

Hələlik dünyada doğum ölüm halını qabaqlayır. Belə ki, ötən il dünyada 140 milyon insan doğulub. Bu, hər gün 383.071, hər saatda 6885, dəqiqədə 266 və saniyədə 4.43 deməkdir.

İndiyə qədər ən aşağı doğuş halı 1950-ci ildə ildə 97,38 milyon olub.

Statistika illik doğuşların sayının növbəti onilliklər ərzində ildə təxminən 140 milyon olaraq qalacağını və 2044-cü ildə 140, 58 milyon doğumla pik həddə çatacağını deməyə əsas verir. Daha sonra əsrin ikinci yarısında doğum sayının yavaş-yavaş azalacağı gözlənilir.

Gələcəkdə doğumların sayının azalacağı və ölənlərin sayının artacağı gözlənilir. Ehtimal edilir ki, 2099-cu ildə ümumi ölümlər 121,7 milyon doğuşlar isə 125,26 milyon olacaq.

Dünyada gündəlik ən çox ölüm halı Hindistanda qeydə alınıb. Bu ölkədə gün ərzində təxminən 35 min nəfər ölür. Növbəti sırada 28 minlə Çin və 8 minlə Amerika qərarlaşıb.

Cənubi Qafqazda ən yüksək ölüm halı əhali sayı çox olan Azərbaycanda baş verir. Rəsmi statistikaya əsasən, Azərbaycan günlük 183 ölümlə dünyada 99-cu yerdədir. Gürcüstan 156 ölümlə 103, Ermənistan isə 91 ölümlə 129-cu yerdədir.

Bəs ölüm səbəbləri nələrdir?

Dünyada illik 60 milyon insanın ölümünə səbəb olan xəstəliklər bunlardır:

1. Ürək xəstəliyi

 

Qeyri-sağlam həyat tərzi bu xəstəlik üçün əsas risk faktorudur. Siqaret çəkmək, piylənmə, pis qidalanma, həddindən artıq spirt qəbulu ölüm faktorunu artıran səbəblərdəndir.

 

2. İnsult, beyin iflici

 

Oksigen və qida çatışmazlığı beyin hüceyrələrinin ölməsi ilə nəticələnir. Bu hal beynin düzgün işləməməsinə səbəb olur. Nəticədə insult və beyin iflici baş verir.

 

3. Ağciyər xərçəngi

 

Ağciyər xərçəngi hallarının böyük əksəriyyəti (85 faizi) uzun müddətli tütün çəkmə ilə bağlıdır, lakin havanın çirklənməsi kimi amillər də burada əsas rol oynayır.

 

4. Diabet

 

Şəkərli diabet uzun müddət ərzində yüksək qan şəkəri səviyyəsi ilə xarakterizə olunan bir qrup metabolik xəstəliklərə aiddir.

 

5. Vərəm

 

Vərəm ağciyərlərə təsir edə bilən bakteriyaların yaratdığı yoluxucu xəstəlikdir. Vərəmdən ölüm hallarının 95 faizindən çoxu inkişaf etməkdə olan ölkələrdə baş verir. Dünya əhalisinin təxminən üçdə biri vərəmə yoluxub.