Ölüm qasırğası: təhlükədən necə qorunmalı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ki, yer üzərində güclü geomaqnit həyəcanlaşması baş verir.

 

Bir neçə gündür ki, yer üzərində güclü geomaqnit həyəcanlaşması baş verir.

Mütəxəssislər isə bu maqnitləşmənin hələ qarşıdan gələn günlərdə də davam edəcəyini bildirib. Bəs, görəsən, bu maqnit qasırğası insanların səhhətinə necə təsir edir? Bunun mənfi təsirlərindən qorunmaq üçün hansı tədbirlərdən istifadə etmək lazımdır?

Mövzu ilə bağlı Ailem.az-a danışan nevropatoloq Rima İbadova deyir ki, təbiət dəyişiklikləri insanlara birbaşa təsir edir. Bura maqnit qasırğaları, mövsüm temperaturunun artması, daşqınlar, hava kirlənmələri də daxildir: “Bizim iqlimimizə daha çox təsadüf edən təbiət dəyişikliyi maqnit qasırğalarıdır. Xüsusilə meteohəssas insanlar bu cür dəyişilmələrə qarşı daha həssas olurlar. Arterial təzyiqi yüksək olan, hipertoniya xəstəliyi olan, infarkt keçirən insanlar bundan daha çox əziyyət çəkirlər”.