Əvvəllər sərnişindaşıma üçün keyfiyyətli qatarlarımız yox idi, indi isə əla vəziyyətdə yeni qatarlar gətirilib, amma onların işləyəcəyi infrastruktur yoxdur. Daxili dəmir yol xətləri bərbad gündədir.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, ki, 5 ildir daxili marşrutları, rayon stansiyalarını ot basıb:
“ADY-nin 2019-cu ildən gözlədiyi Stadler qatarları İsveçrədən gəlib çıxıb. Gətirilən qatarlardan biri Bakı–Ağstafa–Bakı marşrutuna daxil ediləcək və reyslərin sayı artırılacaq. Güman ki, Bakı –Qəbələ marşrutuna da belə qatarlara ehtiyac olmayacaq, çünki öncədən də bilinirdi ki, yeni dayanacaqlar açılsa da bu istiqamət üzrə tələbat yetərli deyil.
Bəs qalan qatarlar harada işləyəcək ?
Maraqlı məqam odur ki, 5 ildir daha çox tələbat olan aşağıdakı daxili marşrutlar işləmir:
Baki – Balakən
Bakı – Astara
Bakı – Qazax
Bakı – Böyük Kəsik
Bakı – Yalama
Ciddi tələbat olan bu istiqamətlər üzrə sərnişindaşımanın nə zaman bərpa olunacağını ADY hələlik açıqlamayıb. Daxili marşrutların təmiri, infrastrukturun bərpası böyük resurslar, investisiyalar tələb edir. Hökumət ADY-yə yetərli subsidiya vermir. Güman ki, yükdaşımadan gələn gəlirlə ADY ancaq özünü və mövcud infarstrukturu saxlaya bilir. Beləcə də 5 ildir ki, daxili marşrutları, rayon stansiyalarını ot basıb”.
Nigar