Ölkəyə narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirildi

Ölkəyə narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçikhəcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.