“ÖLKƏNİN ADINI DƏYİŞİB ŞİMALİ AZƏRBAYCAN ETSƏK, İRAN DA BU ADDIMI ATACAQ”backend

“ÖLKƏNİN ADINI DƏYİŞİB ŞİMALİ AZƏRBAYCAN ETSƏK, İRAN DA BU ADDIMI ATACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qüdrət bəyin bu təklifi ilə razı deyiləm. Ölkənin adını dəyişməklə heçnə həll olan deyil. Ümumiyyətlə təkcə Qüdrət bəy deyil, bu təklifi ona qədər başqaları da bir neçə dəfə verib.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. Onun sözlərinə görə, bu, çox primitiv yanaşmadır:

“Müqayisə üçün deyim ki, bizim ölkənin adını Şimali Azərbaycan olaraq dəyişməyimizə cavab olaraq İran tərəfi də 31 ostanlıqdan ikisi olan qərbi və şərqi Azərbaycan ostanlıqlarının adını dəyişə bilər. Tehran bununla da yetinməyib daha da irəli gedərək bütün türk toponimlərinin adını dəyişə bilər.
Məncə, bir addım atmadan öncə onun doğuracağı nəticələri eninə-uzuna hesablamaq lazımdır”.

Nigar

Tribunainfo.az