Ölkədən çıxarılan valyutaya görə “Arash Medical Company” cəzalandırılır

Ölkədən çıxarılan valyutaya görə “Arash Medical Company” cəzalandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon Məhkəməsində “Arash Medical Company” QSC-yə yazılan inzibati protokola bu gün, yanvarın 22-də baxıılacaq.

Pravda.az-ın xəbərinə görə, iclasa sədrliyi hakim Solmaz Mustafayeva edəcək.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.