Ölkədən çıxarılan pulun mübahisəsi – “Holcim” məhkəmə qarşısındabackend

Ölkədən çıxarılan pulun mübahisəsi – “Holcim” məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bank (AMB) və Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında çəkişmə davam edir.

Pravda.az-ın xəbərinə görə, AMB-nin ASC barəsində tərtib etdiyi protokola Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə növbəti dəfə noyabrın 15-də baxılacaq.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.