Ölkədə qızıl ucuzlaşır, gümüşün qiyməti isə…

Ölkədə qızıl ucuzlaşır, gümüşün qiyməti isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 25-də Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

TİA.AZ-ın məlumatına görə, qızılın qiyməti iyunun 22-i ilə müqayisədə 0,6545 manat azalaraq 1 troy unsiyası üçün 2153,968 manat təşkil edib.

Gümüş 0,0716 manat bahalaşaraq 1 unsiya üçün 27,819 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 28,373 manat artaraq 1487,517, palladiumun qiyməti də 3,9525 manat artaraq 1626,4325 manat təşkil edib.