Ölkədə təzə maşınların sayı getdikcə azalır. Təzə maşınların, xüsusən 5-10 yaş intervalında nəqliyyat vasitələrinin sayının sürətlə azalması ölkədə orta təbəqənin maddi imkanlarının əriməsinin göstəricisidir.
Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev məlumat paylaşıb.
O bildirib ki, 2014-cü ildə Azərbaycanda bütün minik avtomobillərinin 17%-i (yəni hər 100 avtomobildən 17-i) 5 ilə qədər istismar müddəti olan nəqliyyat vasitələri idi. Hazırda isə bu göstərici 5% ətrafındadır:
“Mütləq ifadədə 5 yaşa qədər olan minik maşınlarının sayı 2,3 dəfə azalaraq 186 mindən 81 min ədədə enib.
Bu dövrdə istismar müddəti 5-10 il arasında olan minik avtomobillərinin parkda xüsusi çəkisi 2 dəfədən çox azalaraq 21%-dən 10%-ə enib. Mütləq istifadədə 5-10 yaş intervalında olan minik maşınlarının sayı 35% azalaraq 232 mindən 152 min ədədə enib.
10 ildən çox istismar müddəti olan minik maşınlarının parkda xüsusi çəkisi isə 62%-dən 85%-ə yüksəlib. Bu yaşda minik avtomibillərinin sayı isə 2 dəfəyə yaxın artaraq 682 mindən 1,262 milyon ədədə çatıb.
Təzə maşınların, xüsusən 5-10 yaş intervalında nəqliyyat vasitələrinin sayının sürətlə azalmasına ölkədə orta təbəqənin maddi imkanlarının necə əriməsinin əlamətlərindən biri kimi də baxıla bilər”.
Nigar