ÖLKƏDƏ İŞSİZLİYİN SƏBƏBLƏRİ – SOSİOLOQ AÇIQLADI

ÖLKƏDƏ İŞSİZLİYİN SƏBƏBLƏRİ – SOSİOLOQ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları Azərbaycanın Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsinə malik olduğundan xəbər verir. BVF-in oktyabr hesabatına əsasən, 2023-cü ilin yekunlarına görə Azərbaycanda işsizlik 2022-ci ildən etibarən dəyişməyərək 5,9 faiz təşkil edəcək. 2024-cü ildə isə bu göstərici 5,8 faizə düşəcək. Hazırda isə Azərbaycanda 286 900 işsiz şəxs var. Bu rəqəm Azərbaycan kimi bir ölkə üçün normaldır? Azərbaycanda işsizliyin başlıca səbəbləri hansılardır? Bunu azaltmaq üçün dövlət və cəmiyyət tərəfindən nələr edilə bilər?


Bu barədə Tribunainfo.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirdi ki, bu rəqəmlərlə bizim Dövlət Məşğulluq Agentliyinin elan etdiyi rəqəmlər arasında elə də güclü bir fərq yoxdur, aşağı-yuxarı eyni səviyyədir:
“Çünki bu ilin birinci yarısının yekunlarına dair hesabatda ölkədə işsiz şəxslərin sayı 250,1 min nəfər olduğu qeyd edilirdi. Məsələ burasındadır ki, məşğulluqla bağlı verilən statistika reallığı əks etdirmir. Hesab edirəm ki nə BVT, nə də DMA-nin təqdim etdiyi rəqəmlər reallığa uyğun deyil, işsiz əhalinin sayı dəfələrlə çoxdur.
“Rayonlarda konkret olaraq iş yoxdur. Hər hansı birdəfəlik ödəməyə görə məcburən VÖİN açanı da sahibkar hesab edir, məşğulluq statistikasına əlavə edirlər. 18 sot torpağı olan da məşğul sayılır, həyətində 2 qoyunu olan da. Əvvəllər bütün ölkə bazarını təmin edən çaxır, araq, limonad sexləri, pambıq emalı müəssisələri, şərabçılıq müəssisələri, xalçaçılıq, baramaçılıq müəssisələri hər gün işçi sayını azaldır, bir gün özü də bağlanır. Region gəncləri çay evlərində, nərd çırpmaqla gün keçirir. Bir qismi işsizlikdən Bakıya axışır, fəhləlik edir”.
L.Mehralı bildirdi ki, öz rayonunda iş olsa, işlək zavod, müəssisə olsa öz evində yaşayar, nəinki Bakının nəm çəkən zirzəmilərində kirayə qalar:
“Əkinçilik, maldarlıq üçün lazımı imkan yaradılsa, dövlət dəstəyi verilsə əlbəttə öz rayonunda qalıb ailəsini saxlayar. Deyəcəksiniz ki, özünüməşğulluq xidməti verir. Amma necə verir? Məsələn, mənə insanlar müraciət edir, özünüməşğulluq proqramından yararlana bilmədiyi deyir. Araşdırdım ki, özünüməşğulluq proqramı çərçivəsində bir rayonda misal üçün qənnadı işi ilə məşğul olmaq istəyən neçə vətəndaşa dövlət dəstəyi verilir? İldə maksimum 2 nəfərə. İndi fikirləşin, bu sahə üçün lazım olan dövlət dəstəyini almaq üçün qənnadı ustası növbəyə yazılmalıdır, növbədə 26-cı adamdır, onun növbəsi neçə ildən sonra çatacaq? 1 ildən sonra. Bu adam 13 il neyləsin? Dövlət bu istiqamətdə fəaliyyətini genişlətməlidir”.