Ölkədə işsizlik get-gedə artır, bu rayona su verilmirbackend

Ölkədə işsizlik get-gedə artır, bu rayona su verilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda işsizlik get-gedə artır. Buna aradan qaldırmaq üçün iş yerləri açılmalıdır.

Axar.az xəbər verir ki, bunu Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı Tənzilə Rüstəmxanlı deyib.

“Mənim qəbulumda olanların əksəriyyəti iş problemindən şikayətlənirlər. Seçildiyim bölgə pambıqçılıq bölgəsidir. Pambıq zavodu var. Olmaz ki, orada tikiş fabriki açılsın? Turizm bölgəsidir, ancaq onun üçün heç bir şərait yoxdur. Bunları demədən keçə bilməzdim. Nefçalada insanların çox problemi var. Nefçala kimi bölgəyə yay ayında bir dəfə su verilir”, – deputat vurğulayıb.