Televiziya kanalları koronavirusla bağlı reportaj verir. Həkim deyir ki, kütləvi peyvəndləşmədən sonra ölüm halları azalıb. Ancaq statistikaya baxırsınız ki, rəqəmlər tamam başqa şey deyir. Bununla kimi aldadırlar? Niyə bunu heç kəs araşdırmır?
Tribunainfo.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, o özü də statistikanı təhlil edib və tamam fərqli nəticələr əldə olunub:
“3 il bundan qabaq elə bu günlərdə korona növbəti pik hədd idi. Qeydə alnan yoluxma təxminən gündəlik 4500 nəfər, ölüm halı isə 35-40 nəfər olurdu maksimum. Yəni 1 %-dən az. İndi jurnalist xanım statistikanı səsləndirdi. Həftə ərzində qeydə alınan yoluxma 20 nəfər, ölüm 4 nəfər. Yəni 20%.
Hər 5 nəfər yoluxandan biri ölürsə, o zaman bu nə virusdu? Bəs peyvənlər? Niyə rəsmi informasiyalara etimadı öldürürsüz? Indi də qızılca təhlükəli epidemiyaya çevrilir. İdarə oluna bilən infeksiya niyə belə sürətlə yayılır?”.